Qanunvericilik › Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 17

Maddə 17. Sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil müəssisəsindən başqa tipli təhsil müəssisəsinə köçürülməsi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

17.1. Sağlamlıq imkanları məhdud şəxslərin bir tipli xüsusi təhsil müəssisəsindən başqa tipli xüsusi təhsil müəssisəsinə, inteqrasiya təlimli təhsil müəssisəsinə və ya sağlamlığı imkan verərsə, ümumi təyinatlı təhsil müəssisəsinə köçürülməsi psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə və yetkinlik yaşına çatmayanların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığına əsasən həyata keçirilir.

17.2. Xüsusi təhsil müəssisəsi yenidən təşkil və ya ləğv edildikdə, müvafiq icra hakimiyyəti orqanı təhsil alanların, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı ilə uşaqların müvafiq xüsusi təhsil müəssisəsinə köçürülməsini təmin edir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver