Qanunvericilik › Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 19

Maddə 19. Sağlamlıq imkanları məhdud şəxslərin peşə təhsili

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

19.1. Sağlamlıq imkanları məhdud şəxslərə müəyyən peşələrin öyrədilməsi onların ümumi təhsili ilə bərabər, psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən müəyyən edilən və sağlamlıq vəziyyəti imkan verən peşə yönümünə uyğun olaraq təhsil aldıqları müəssisələr tərəfindən həyata keçirilir.

19.2. Sağlamlıq imkanları məhdud şəxslərlə peşə təhsili müəssisələrinə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada həyata keçirilir.

19.3. Peşə təhsili müəssisələrinə qəbul olunmuş şəxslərin dərsliklərlə, müvafiq təlim vəsaitləri ilə, texniki vasitələrlə, uyğunlaşdırılmış avadanlıqla təchizatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən fərdi qaydada həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver