Qanunvericilik › Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 7

Maddə 7. Tam dövlət təminatında olan sağlamlıq imkanları məhdud şəxslər

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

7.0. Sağlamlıq imkanları məhdud aşağıdakı şəxslər təhsil aldıqları məktəbəqədər, xüsusi təhsil müəssisələrində, o cümlədən xüsusi ümumtəhsil məktəblərində, internat tipli xüsusi ümumtəhsil məktəblərində, inteqrasiya təlimli ümumtəhsil məktəblərinin xüsusi bölmələrində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin xüsusi bölmələrində tam dövlət təminatındadırlar:

7.0.1. eşitmə qabiliyyəti tam və ya qismən məhdud olanlar;

7.0.2. görmə qabiliyyəti tam və ya qismən məhdud olanlar;

7.0.3. ağır nitq pozuntuları olanlar;

7.0.4. dayaq-hərəkət aparatının funksiyaları pozulanlar;

7.0.5. əqli geriliyi olanlar (debillər, imbisillər);

7.0.6. emosional-iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntuları olanlar;

7.0.7. psixi inkişafın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər;

7.0.8. mürəkkəb çatışmazlıqları olanlar.

III fəsil

Xüsusİ təhsİlİn təşkİlİ

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver