Qanunvericilik › Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Yoxlamaların elektron uçotu

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

11.1. Yoxlayıcı orqan apardığı yoxlamalara dair (aparılmış yoxlamaların sayı, xüsusiyyəti, yoxlamaların nəticələri, o cümlədən yoxlama ilə qanun pozuntularının aşkar edilib-edilməməsi, yol verilmiş pozuntular barədə qəbul olunmuş qərarlar, məsuliyyətə cəlb olunmuş təqsirkar şəxslər və görülmüş məsuliyyət tədbirləri) və sahibkarların öz nəzarət sahəsi üzrə risk qrupuna aid edilməsi barədə məlumatların elektron uçotunu aparır.

11.2. Yoxlamaların elektron uçotuna daxil edilən məlumatlardan risklərin idarə olunması sisteminin yaradılması, təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə dövlət nəzarəti və sahibkarlara məsləhətlərin verilməsi üçün istifadə edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver