Qanunvericilik › Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 27

Maddə 27. Məhsul nümunələrinin tədqiqini (sınağını) aparan laboratoriyalar və digər təşkilatlara dair tələblər

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

27.1. Bu Qanunun 27.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla məhsul nümunələrinin tədqiqi (sınağı) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu növ işlərin aparılması üçün akkreditasiya edilmiş istənilən laboratoriyalarda və ya digər təşkilatlarda aparıla bilər.

27.2. Götürülmüş məhsul nümunələrinin ilkin tədqiqi (sınağı) bu məhsulun uyğunluğunun qiymətləndirilməsində iştirak etmiş və ya bu məhsulun istehsalçısının və ya paylayıcısının (distribüterinin) mülkiyyətində, yaxud nəzarətində (idarəçiliyində) olan laboratoriyalar və digər təşkilatlarda aparıla bilməz.

27.3. Aşağıdakı hallarda yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs məhsul nümunələrinin tədqiqinin (sınağının) aparılması üçün Azərbaycan Respublikası ilə müvafiq beynəlxalq müqavilə bağlamış xarici dövlətdə akkreditasiya keçmiş laboratoriyaya və ya digər təşkilata müraciət edə bilər:

27.3.1. Azərbaycan Respublikasında müvafiq məhsul nümunələrinin tədqiqinin (sınağının) aparılması hüququna malik akkreditasiya keçmiş laboratoriyalar və ya digər təşkilatlar mövcud deyil;

27.3.2. Azərbaycan Respublikasında mövcud olan müvafiq məhsul nümunələrinin tədqiqinin (sınağının) aparılması üçün akkreditasiya keçmiş laboratoriyalar və ya digər təşkilatlar bu məhsulun uyğunluğunun qiymətləndirilməsində iştirak edib və ya bu məhsulun istehsalçısı və ya paylayıcısının (distribüterinin) mülkiyyətində, yaxud nəzarətindədir (idarəçiliyindədir).

27.4. Hər yoxlayıcı orqan öz nəzarət sahəsinə aid olan aşağıdakı laboratoriyaların və digər təşkilatların siyahısını rəsmi internet saytında yerləşdirir:

27.4.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq məhsul növlərinə uyğun tədqiqlərin (sınaqların) aparılması üçün akkreditasiya edilmiş;

27.4.2. Azərbaycan Respublikası ilə müvafiq beynəlxalq müqavilə bağlamış xarici dövlətdə akkreditasiya keçmiş.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver