Qanunvericilik › Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 30

Maddə 30. Sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin təkrar tətbiqi barədə qərarın qəbul edilməsi və həmin qərarın ləğv edilməsi

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

30.1. Yoxlayıcı orqan tərəfindən bu Qanunun 29.2-ci maddəsində göstərilən əsaslarla və müddətlərdə aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirlərin sahibkar tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi aşkara çıxarılarsa, yoxlayıcı orqan sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin təkrar tətbiqi barədə qərar qəbul edir.

30.2. Sahibkarın fəaliyyətinə məhdudlaşdırıcı tədbirin təkrar tətbiqi barədə qərara və onun ləğv edilməsinə müvafiq olaraq bu Qanunun 28-ci və 29-cu maddələrinin müddəaları tətbiq edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver