Qanunvericilik › Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Yoxlayıcı orqanların səlahiyyətləri

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Yoxlayıcı orqanın səlahiyyətləri Azərbaycan Respublikasının qanunları və onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktları ilə müəyyən edilir. Yoxlayıcı orqanların səlahiyyətlərinin təkrarlanmasına yol verilmir.

6.2. Yoxlamaların təşkili və aparılması ilə bağlı yoxlayıcı orqan tərəfindən normativ hüquqi aktların qəbul edilməsinə yol verilmir.

6.3. Yoxlayıcı orqanların və onların nəzarət sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver