Qanunvericilik › Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6-2

Maddə 6-2. Yoxlayıcı orqanın (yoxlayıcıların) fəaliyyətinin qiymətləndirilməsi

Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6-2.1. Yoxlayıcı orqanlar fəaliyyətlərinin qiymətləndirilməsi barədə hesabatlar hazırlamalıdırlar. Bu hesabatlar növbəti ilin fevralın 15-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmalıdır.

6-2.2. Qiymətləndirmə üçün yoxlayıcının bu Qanunun 4-2-ci maddəsində göstərilən vəzifələrinin icra vəziyyəti təhlil olunur. Bu məqsədlə toplanmış məlumatlar etibarlı, obyektiv və dəqiq olmalıdır.

6-2.3. Yoxlayıcı orqanının fəaliyyətinin qiymətləndirilməsi meyarları azı aşağıdakıları əhatə etməlidir:

6-2.3.1. yoxlayıcı orqanın nəzarət fəaliyyətinin icrası ilə bağlı məlumatlar;

6-2.3.2. yoxlama obyektləri üzrə sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə riayət edilmə vəziyyəti ilə bağlı məlumatlar;

6-2.3.3. müəyyən olunmuş nəzarət sahəsində risk səviyyəsinin tədricən azalması ilə bağlı hədəflərə nail olmaqla əlaqədar məlumatlar;

6-2.3.4. yoxlama prosesində sahibkarın hüquqlarının pozulması və ya əsassız surətdə məhdudlaşdırılması ilə bağlı müraciətlərin təhlili.

6-2.4. Yoxlamaların dövriliyi, yoxlama zamanı aşkar edilmiş pozuntuların və onlara görə tətbiq edilən məsuliyyət tədbirlərinin sayı, cərimələrin və maliyyə xarakterli digər sanksiyaların məbləği yoxlayıcı orqanların fəaliyyətini qiymətləndirmək üçün nəzərə alınmır.

6-2.5. Yoxlayıcı orqan fəaliyyətinin qiymətləndirilməsi üçün aşağıdakıları müəyyən edir və bu Qanunun 6-2.1-ci maddəsində nəzərdə tutulan hesabatına əlavə edir:

6-2.5.1. yoxlayıcı orqanın illik və uzunmüddətli məqsədlərini;

6-2.5.2. yoxlayıcı orqanın fəaliyyətini və məqsədlərə nail olma dərəcəsini qiymətləndirmək üçün meyarları.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver