1. Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar:
təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli;
sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli;
dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli;
dövlət sanitariya nəzarətini həyata keçirən orqanlara və sanitariya-epidemioloji xidmət müəssisələrinə sanitariya-epidemioloji vəziyyət, radiasiya şəraiti və qəzalar haqqında dəqiq və dolğun məlumat verməlidirlər.
Bu vəzifələr Azərbaycan Respublikasının ərazisində daimi yaxud müvəqqəti yaşayan xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə də aiddir.
2. Yerli idarəetmə orqanları və nazirliklər öz ərazilərində və tabeliklərində olan müəssisələrin, təşkilatların, idarələrin, kooperativlərin və vətəndaşların sanitariya qanunvericiliyinə əməl etmələrinə cavabdehdirlər.