Qanunvericilik › Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 24

Maddə 24. Tibbi müayinələrdən keçmək vəzifəsi

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Əhalinin sağlamlığını qorumaq, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verməmək, peşə xəstəliklərinin və zəhərlənmələrin, bədbəxt hadisələrin qarşısını almaq, əməyin təhlükəsizliyini təmin etmək məqsədilə müəssisələrin, təşkilatların, idarələrin işçiləri və vətəndaşlar işə qəbul olunmazdan əvvəl və vaxtaşırı tibbi müayinədən keçməlidirlər.

Zərərli maddələrin, mənfi amillərin və müvafiq işlərin siyahısını, tibbi müayinələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Müəssisələrin, təşkilatların və idarələrin rəhbərləri və digər vəzifəli şəxsləri tibbi müayinədən keçməyən, yaxud sağlamlıq vəziyyətinə görə yararsız hesab edilən şəxslərin işə buraxılmaması və işçilərin vaxtaşırı tibbi müayinədən vaxtında keçməsi üçün məsuliyyət daşıyırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver