Aşağıda göstərilənlərdə təqsiri olan vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və mülki-hüquq məsuliyyəti daşıyırlar:
əhalinin mədəni-məişət məqsədləri üçün istifadə etdiyi açıq və yeraltı su təchizatı mənbələrinin, sututarların və dənizin sahilboyu zolağının, torpağın, atmosfer havasının, iş zonası havasının kimyəvi, fiziki, bioloji və başqa şəkildə çirkləndirilməsi;
əhalinin sağlamlığının qorunmasını, sanitariya-epidemioloji salamatlığını və radiasiya təhlükəsizliyini təmin etməyə yönəldilmiş normalara və qaydalara, normativlərə əməl etmədən texniki normativ hüquqi aktların hazırlanması, habelə, bu normalara və qaydalara, normativlərə zidd olan sənədlərdən istifadə edilməsi;
gigiyena ekspertizası və dövlət nəzarəti olmadan qida məhsulları istisna olmaqla yeni növ xammala, materiallara, maddələrə, məmulata, digər xalq təsərrüfatı məhsullarına, onların istehsalı texnologiyasına, dair texniki normativ hüquqi akt layihələrinin hazırlanması;
sanitariya-epidemioloji salamatlığı təmin etməyə yönəldilmiş normalara və qaydalara, normativlərə əməl etmədən, dövlət sanitariya nəzarətini həyata keçirən orqanlarla razılaşdırmadan qida zənciri obyektləri istisna olmaqla müəssisələrin, onların buraxılış komplekslərinin, binalarının, qurğularının layihələşdirilməsi, tikilməsi, yenidən qurulması, təkmilləşdirilməsi, yeni texnika ilə təchiz olunması, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı obyektlərinin, su təchizatı, kanalizasiya, çirkab suları təmizləmə sistemlərinin və hidrotexniki qurğuların perspektiv tikintisi və yerləşdirilməsi, nəqliyyat vasitələrinin, texnoloji proseslərin və avadanlığın yerləşdirilməsi;
dövlət sanitariya nəzarətini həyata keçirən orqanlarla razılaşdırılmadan torpaq sahəsinin ayrılması və torpaq sahəsindən yeni tikinti, obyektlərin yenidən qurulması və ya genişləndirilməsi üçün istifadə edilməsi;
dövlət sanitariya nəzarətini həyata keçirən orqanların icazəsi olmadan obyektlərin qəbul edilməsi və istismara verilməsi;
sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etmədən, toksikolojigigiyena rəyi almadan qida məhsulları istisna olmaqla yeni növ xammalın, materialların, maddələrin, digər xalq təsərrüfatı məhsullarının, onların istehsalı texnologiyalarının, immunobioloji dərman preparatlarının istehsalı və tətbiqi;
xarici texnologiyaların, materialların, xammalın və məhsulların göndərilməsi, satışı və istifadəsi zamanı sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması;
qida məhsulları istisna olmaqla mərkəzləşdirilmiş təsərrüfat-içməli su təchizatı sistemləri ilə verilən suyun keyfiyyətinin gigiyena tələblərinə, beynəlxalq və dövlət standartlarına uyğunluğunun təmin edilməməsi;
mərkəzləşdirilməmiş su təchizatında, sututarlarda və dənizin sahilboyu zolağında əhalinin mədəni-məişət məqsədləri ilə sudan istifadə etdiyi yerlərdə suyun keyfiyyətinin müvafiq sanitariya normalarına və tələblərinə uyğunluğunun təmin edilməməsi;
yaşayış məntəqələrinin və ərazilərinin saxlanılmasına, sənaye, o cümlədən radioaktiv və zəhərli maddələrin, kənd təsərrüfatı və təsərrüfat-məişət tullantılarının yığılmasına, saxlanılma-sına, daşınmasına və istifadə olunmasına dair sanitariya qaydalarının pozulması;
atmosfer havasının qorunması sahəsində sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması;
təhsili müəssisələrində, habelə digər müəssisələrdə təlim-tərbiyə, istehsalat təcrübəsi şəraitini sanitariya-gigiyena və epidemiya əleyhinə rejimləri, radiasiya təhlükəsizliyi və müvafiq sanitariya qaydaları tələblərini, uşaqların və yeniyetmələrin əmək istirahət, sanitariya-məişət təminatı şəraitini tənzimləyən normalara və qaydalara, normativlərə əməl edilməməsi:
tibb müəssisələrində və başqa müəssisələrdə sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərə əməl edilməməsi;
radioaktiv maddələrlə və digər ionlaşdırıcı şüalanma mənbələri ilə işləyərkən, habelə radioaktiv tullantıları basdırarkən sanitariya normalarının və qaydalarının pozulması;
yoluxucu, parazitar xəstəliklərin yayılması qarşısını almaq və onları ləğv etmək üçün tədbirlərin görülməməsi:
dövlət sanitariya nəzarəti orqanlarının göndərişləri üzrə sanitariya-gigiyena, tibbi, bioloji, texniki, sosioloji, statistik və digər xüsusi ekspertizalar aparılmasından əsassız imtina edilməsi;
tibbi müayinədən keçməyən, yaxud səhhətinə görə yararsız hesab edilən şəxslərin işə buraxılması;
işçilərin ayrı-ayrı kateqoriyalarının məcburi tibbi müayinələrdən keçməməsi, yaxud müayinədən keçmə müddətlərini pozması;
dövlət sanitariya nəzarətini həyata keçirən orqanların məcburi rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi;
obyektdə sanitariya-gigiyena şəraitinin və epidemoloji vəziyyəti müəyyənləşdirmək üçün lazımi materialları və məlumatı verməkdən imtina olunması;
dövlət sanitariya nəzarətini həyata keçirən orqanların bağladıqları obyektlərdə, istehsal xətlərində və sahələrində plombun qırılması, yaxud orada işin yenidən başlanması;
qəzalar, sanitariya-epidemioloji şərait və əhalinin sağlamlıq vəziyyəti haqqında məlumatın qəsdən gizlədilməsi və ya təhrif edilməsi.