11.1. Dövlət Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, vətəndaşlar, siyasi partiyalar, referendum üzrə təşviqat qrupları tərəfindən azad seçkiqabağı (referendumqabağı) təşviqatın aparılması üçün şərait yaradılmasını təmin edir.
11.2. Vətəndaşların, siyasi partiyaların, referendum üzrə təşviqat qruplarının qanunun yol verdiyi formalarda və üsullarla seçiciləri seçkilərdə (referendumda) iştirak etməyə və ya etməməyə, namizədin, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun lehinə və ya əleyhinə, referenduma çıxarılan məsələnin lehinə və ya əleyhinə səs verməyə çağırışlar formasında seçkiqabağı (referendumqabağı) təşviqat aparmaq hüququ vardır.
11.3. Dövlət qeydə alınmış namizədin, habelə siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının bu Məcəllənin 74-86-cı maddələrinə uyğun olaraq seçkiqabağı (referendumqabağı) təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtlərini müəyyənləşdirir.