QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 113

Maddə 113. Qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğv edilməsi, namizədləri qeydə almaqdan imtina edilməsi

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

113.1. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu bu Məcəllənin tələblərini pozduğu hallarda müvafiq seçki komissiyası seçicilərə məlumat vermək şərti ilə həmin namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna media vasitəsi ilə xəbərdarlıq edir. Seçki komissiyası namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almaqdan imtina edilməsi, qeydə alınmış namizədin, referendum üzrə təşviqat qrupunun bu Məcəllənin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallarda qeydiyyatın ləğv edilməsi barədə, namizədin seçilməsinin etibarsız sayılması barədə, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında qərarın ləğv edilməsi barədə, bu Məcəllənin 112.2-ci maddəsi nəzərə alınmaqla belə xəbərdarlığın edilib-edilməməsindən asılı olmayaraq, qərar qəbul etmək hüququna malikdir. 113-

1.1. Seçki komissiyası namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyata alınmasından onlar tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.

113.2. Namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatı aşağıda göstərilən hallarda qanunvericiliklə müə Maddə 113. … tisna olmaqla) imtina edə bilər.

113.2. Namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatı aşağıda göstərilən hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmənin qanuni qüvvəyə minmiş cinayət işi üzrə hökmü və ya inzibati xəta üzrə qərarı əsasında ləğv olunur.

113.2.2. namizəd, referendum üzrə təşviqat qrupu qeydə alınanadək, bu Məcəllənin 75-ci maddəsində göstərilən müddətdən əvvəl seçkiqabağı təşviqat aparılması faktı müəyyənləşdirildikdə (bu müddəa Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş söz və fikir azadlığının məhdudlaşdırılması üçün əsas ola bilməz);

113.2.3. seçicilərin ələ alınması faktı, yəni namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu və ya onların səlahiyyətli nümayəndələri və ya vəkil edilmiş şəxsləri tərəfindən bu Məcəllənin 88.4-cü maddəsi ilə qadağan olunmuş hərəkətlərin edilməsi müəyyənləşdirildikdə;

113.2.4. mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin, dövlət və bələdiyyə orqanlarının, qurumların və təşkilatların seçici imzalarının toplanmasında iştirak etməsi, imzaların toplanması prosesində seçicilərin məcbur edilməsi faktlarının aşkara çıxarılması, imza qoymaq müqabilində seçicilərin mükafatlandırılması;

113.2.5. müvafiq seçki dairəsi üzrə irəli sürülmüş namizəd öz seçki kampaniyasının maliyyələşdirilməsi üçün bu Məcəllə ilə namizədin seçki fondunun xərclərinin müəyyən edilmiş yuxarı həddindən 5 faizdən artıq olan digər pul vəsaitindən istifadə etdikdə Maddə 113. … üçün bu Məcəllə ilə namizədin seçki fondunun xərclərinin müəyyən edilmiş yuxarı həddindən 5 faizdən artıq olan digər pul vəsaitindən istifadə etdikdə;

113.2.6. siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu öz seçki (referendum) kampaniyasının maliyyələşdirilməsi üçün bu Məcəllə ilə onlar üçün müəyyənləşdirilmiş seçki fondlarının məsrəflərinin yuxarı həddindən 5 faizdən artıq olan digər pul vəsaitindən istifadə etdikdə;

113.2.7. namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu, habelə siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyalar, siyasi partiyaların, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndəsi və ya üzvləri, vəkil edilmiş şəxsi müvafiq təşkilatın mülkiyyətçisi, təsisçisi, sahibi olduqda və ya rəhbər orqanlarında iştirak etdikdə, seçki (referendum) kampaniyasının gedişində xeyriyyə fəaliyyəti ilə məşğul olduqda, fiziki və ya hüquqi şəxslərə maddi və maliyyə yardımı yaxud seçicilərə xidmət göstərdikdə, fiziki və hüquqi şəxslərə belə yardım göstərilməsində kömək etdikdə və ya bu haqda təklif verdikdə yaxud göstərilən şəxslər onların adından xidmətlər göstərilməsinə razılıq verdikdə;

113.2.8. namizəd, siyasi partiyalar, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu ilkin maliyyə hesabatını təqdim etmədikdə;

113.2.9. namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi vəzifə və ya xidməti mövqelə Maddə 113. … m etmədikdə;

113.2.9. namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi vəzifə və ya xidməti mövqelərindən seçki kampaniyası zamanı istifadə etdikdə;

113.2.10. namizəd, siyasi partiya, siyasi partiyaların bloku, onların vəkil edilmiş şəxsləri tərəfindən bu Məcəllənin 88.2-88.4-cü maddələrinin tələblərini pozmaqla seçkiqabağı çap, audiovizual seçki materiallarının buraxılması, yayılması;

113.2.11. qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, qeydə alınmış namizədin vəkil edilmiş şəxsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi və ya vəkil edilmiş şəxsi hərbi hissələrin yerləşdiyi ərazidə, hərbi təşkilatlarda və ya hərbi idarələrdə təşviqat apardıqda;

113.2.12. dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmadıqda;

113.2.13. qeydə alınmış namizəd, namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku onların fonduna daxil olan qanunsuz ianələrdən istifadə etdikdə.

113.3. Namizədin qeydiyyatı məhkəmə tərəfindən səsvermə gününə bir gün qalanadək yalnız bu Məcəllənin 113.2.3, 113.2.4, 113.2.7, 113.2.9, 113.2.11-ci maddələrində göstərilən hallar namizədin qeydə alınmasından sonra aşkara çıxarıldıqda ləğv edilə bilər.

113.4. Namizədin qeydiyyatı səsvermə gününə 10 gündən az qalmış müddətdə ləğv edildikdə, bu haqda məlumat seçki komissiyalarının məlumat lövhələri Maddə 113. … ər.

113.4. Namizədin qeydiyyatı səsvermə gününə 10 gündən az qalmış müddətdə ləğv edildikdə, bu haqda məlumat seçki komissiyalarının məlumat lövhələrində yerləşdirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver