123.1. Referendum keçirilməsinə dair qərarda aşağıdakılar göstərilməlidir:
123.1.1. referendumun keçirilməsi tarixi;
123.1.2. referenduma çıxarılan aktın adı;
123.1.3. referenduma çıxarılan aktın məzmununun qısa təfsiri;
123.1.4. referendumun maliyyələşdirilməsi qaydası.
123.2. Referenduma çıxarılan aktın layihəsi referendumun keçirilməsi haqqında qərara əlavə olunur.
123.3. Referenduma çıxarılan aktın layihəsi referendumun təyin edilməsi haqqında qərar (sərəncam) rəsmi dərc edildikdən sonra dəyişdirilə bilməz və ona əlavələr edilə bilməz.