QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 131

Maddə 131. Referendum üzrə təşviqat qruplarının aldıqları vəsaitlərin g eri qaytarılmasının ardıcıllığı

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

131.1. Referendum üzrə təşviqat qrupları yekun maliyyə hesabatını verənədək müvafiq seçki komissiyasının razılığı ilə, seçki fondunun xərclənməmiş pul vəsaitini ona ianə vermiş vətəndaşlara və hüquqi şəxslərə proporsional nisbətə uyğun olaraq qaytara bilərlər. Referendum üzrə təşviqat qrupları həmin hüquqdan istifadə etmədikdə, bu Məcəllənin 132-ci maddəsi tətbiq olunur.

131.2. Müvafiq seçki komissiyasında qeydə alınmamış referendum üzrə təşviqat qrupları yekun maliyyə hesabatı təqdim edilənədək seçki fondunun xərclənməmiş pul vəsaitlərini (göndərilmə xərclərinin çıxılması şərti ilə) köçürülən ianələrin məbləğlərinin proporsional nisbətinə uyğun olaraq ianəçi vətəndaşlara və hüquqi şəxslərə qaytarmağa borcludur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver