133.1. Referendum zamanı səsvermə otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə uyğun təşkil edilir.
133.2. Məntəqə seçki komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında referendum üzrə səsvermə bülletenlərinin nümunələrini, referendum aktı layihəsinin mətnini məlumat lövhəsində yerləşdirir. Maddə 134. Referendum üzrə səsvermə bülleteni
134.1. Referendum üzrə səsvermə bülleteni bu Məcəllənin 99-cu maddəsində göstərilən qaydada hazırlanır.
134.2. Səsvermə bülletenində referenduma çıxarılan hər məsələnin ifadəsi və səsverənin cavabının variantları — “lehinə” və “əleyhinə” (“hə” və “yox” “razıyam” və “razı deyiləm” sözləri də ola bilər) sözləri yazılır.
134.3. Mərkəzi Seçki Komissiyası səsvermə bülleteninə referendum aktının layihəsinin əlavə edilməsi məsələsini həll edir. Həmin layihə qüvvədə olan normativ hüquqi aktların ləğv edilməsi və ya dəyişdirilməsini nəzərdə tutursa, həmin normativ hüquqi akt (onun müvafiq hissəsi) Mərkəzi Seçki Komissiyasının qərarına əsasən səsvermə bülleteninə əlavə edilə bilər.