QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 135

Maddə 135. Referendum zamanı səsvermə qaydası

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

135.1. Referendum zamanı səsvermə bu Məcəllənin 104-cü və 105-ci maddələrinə uyğun keçirilir.

135.2. Seçici səsvermə bülletenində referenduma çıxarılan cavab variantlarının birini — “lehinə” və ya “əleyhinə” (“hə” və ya “yox”, “razıyam” və ya “razı deyiləm”) - seçərək sağda yerləşən boş kvadratda işarə qoyur.

135.3. Hər iki boş kvadratda işarə qoyulduqda və ya heç bir işarə qoyulmadıqda səs etibarsız sayılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver