QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 144

Maddə 144. Azərbaycan Respublikası vətəndaşlarının Milli Məclisə deputat seçilmək hüququ

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyanın 85-ci maddəsində göstərilən Azərbaycan Respublikası vətəndaşları Milli Məclisə deputat seçilə bilərlər. Maddə 145. Milli Məclisə seçkilərin təyin edilməsi

145.1. Azərbaycan Respublikası Konstitusiyanın 84-cü maddəsinin II hissəsinə, 98 1 -ci maddəsinin II hissəsinin ikinci cümləsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Azərbaycan Respublikasının Prezidenti təyin edir.

145.2. Yeni seçilmiş Milli Məclisin səlahiyyət müddətinin hesablanması onun birinci iclasının keçirildiyi gündən başlanır.

145.3. Milli Məclisin seçilməsi günü onun seçkilər nəticəsində səlahiyyətli tərkibdə formalaşdırıldığı gün hesab edilir.

145.4. Seçkilərin təyin edilməsi barədə sərəncam onun qəbul edildiyi gündən başlayaraq ən geci 2 gün ərzində mediada rəsmi dərc edilməlidir. İyirmi üçüncü fəsil MİLLİ MƏCLİSƏ SEÇKİLƏR ZAMANI DEPUTATLIĞA NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver