148.1. Namizədlər bu Məcəllənin 60-cı maddəsində göstərilən qaydada qeydə alınırlar.
148.2. Bir şəxsin birdən çox birmandatlı seçki dairəsi üzrə namizəd kimi qeydə alınmasına yol verilmir.
148.3. Bu Məcəllənin 148.2-ci maddəsində göstərilən qaydalar pozulduqda namizədin əvvəlki qeydiyyatı etibarlı sayılır, qeydiyyat haqqında nisbətən gec qəbul edilmiş qərar isə müvafiq seçki komissiyasının qərarı ilə ləğv edilir (qeydə alınmış keçmiş namizəd əvvəlki qeydiyyatdan imtina haqqında ərizə verməzsə).
148.4. Qeydə alınmış namizədlərin fəaliyyəti bu Məcəllənin 69-71-ci maddələri ilə tənzimlənir.
148.5. Qeydə alınmış namizədlərin dairələr üzrə siyahısı səsvermə gününə azı 20 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən bu Məcəllənin 77.2-ci maddəsində göstərilən dövri nəşrlərdə dərc edilir.
148.6. Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları hər bir seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər. Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd müvafiq dairə seçki komissiyasına və seçki dairəsinin ərazisində yerləşən hər bir məntəqə seçki komissiyalarına bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilər.