QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 153

Maddə 153. Milli Məclisə seçkilər zamanı deputatlığa namizədlərin namizədlik statusundan imtina etməsi

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

153.1. Milli Məclisə seçkilər zamanı namizədlərin namizədlik statusundan imtina etməsi bu Məcəllənin 73-1-ci maddəsi ilə tənzimlənir.

153.2. Bu Məcəllənin 73-1.1-ci və 73-1.2-ci maddələrində göstərilən hərəkətləri etmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada və müddətdə istənilən birmandatlı seçki dairəsi üzrə seçkilərdə öz namizədliyini təkrar irəli sürmək hüququ vardır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver