155.1. Qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir.
155.2. Televiziya və radio yayımçılarının ayırdıqları pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi qeydə alınmış namizədlərə, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılır. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.
155.3. Bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilən televiziya və radio yayımçılarının kanallarında birgə təşviqat tədbirlərinin keçirilməsi üçün qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün efir vaxtı ayrılır, hesablanır və ayrı-ayrılıqda həyata keçirilir. Bu cür pulsuz efir vaxtından qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları bərabər əsaslarla istifadə etməlidirlər. Bu halda hər bir namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.
155.4. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən televiziya və radio yayımçılarının efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin namizədlərin, birmandatlı se Maddə 155. … ində göstərilən televiziya və radio yayımçılarının efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.
155.5. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən dövri nəşr səhifələrində ayrılan yerin həcmi namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının ümumi sayına bölünməsi yolu ilə müəyyən edilir. Bu zaman həmin yerin həcmi namizədlər üçün ayrıca və siyasi partiyalar, siyasi partiyaların blokları üçün ayrıca müəyyən edilir. Onlar həmin yerdən müvafiq ödəniş müqabilində istifadə edə bilərlər.
155.6. Qeydə alınmış namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının bu Məcəllənin 155.2-ci maddəsində göstərilən tədbirlərdə iştirakdan imtina etməsi bu Məcəllənin 80.6-cı maddəsinə uyğun olaraq pulsuz verilən efir vaxtı həcminin artırılmasına səbəb olmur.