157.1. Namizəd birmandatlı seçki dairəsi üzrə namizədliyinin irəli sürülməsi barədə dairə seçki komissiyasına bildiriş təqdim etdikdən sonra 5 gün müddətində öz seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açmalıdır.
157.2. Namizədlər üçün vahid seçki fondu yaratmaq niyyətində olan siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələrinin 60-dan çoxunda irəli sürülən namizədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim etdikdən sonra 5 gün müddətində vahid seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açırlar.
157.3. Namizəd, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairəsi üzrə namizədin irəli sürülməsi barədə dairə seçki komissiyasından bildirişin təsdiq edilmiş surəti əsasında, həm də bu Məcəllənin 53-cü və 54-cü maddələrində göstərilən sənədlər əlavə edilməklə xüsusi seçki hesabı açırlar. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku öz səlahiyyətli nümayəndəsinə xüsusi seçki hesabının açılmasını tapşıra bilər. Namizəd, qeydə alınmış namizəd, siyasi partiyalar, siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasına yazılı məlumat verməklə, başqa şəxsə özünün seçki hesabında olan vəsaitdən istifadə etmək hüququ verə bilər.
157.4. Namizədin, qeydə alınmış namizədin seçki dairəsi dəyişdikdə o, xüsusi seçki hesabının qalıq vəsaitini könüllü ianə vermiş şəxslərə, hüquqi şəxslərə proporsional əsasda qaytara bilər. Bu hüquqdan istifadə edilmədi Maddə 157. … xüsusi seçki hesabının qalıq vəsaitini könüllü ianə vermiş şəxslərə, hüquqi şəxslərə proporsional əsasda qaytara bilər. Bu hüquqdan istifadə edilmədikdə, bank müvafiq seçki komissiyasının yazılı göstərişi əsasında 3 gün müddətində vəsaiti Mərkəzi Seçki Komissiyasının hesabına köçürür. Bundan sonra namizəd, qeydə alınmış namizəd Mərkəzi Seçki Komissiyasına yekun maliyyə hesabatı verməli, maliyyə hesabatının surətini isə dairə seçki komissiyasına təqdim etməlidir. Yeni seçki dairəsində xüsusi seçki hesabının açılması bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada tənzimlənir.