159.1. Birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş və ya qeydiyyatdan keçmiş namizədin seçki fondu haqqında aşağıdakı məlumatlar bu Məcəllənin 77.3-cü maddəsində göstərilən media subyektlərində hökmən dərc edilməlidir:
159.1.1. seçki fondu vəsaitinin məbləği siyasi partiya, siyasi partiyaların bloku üçün 10 min manatdan çox, namizəd, qeydə alınmış namizəd üçün isə 2 min 500 manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;
159.1.2. seçki fonduna siyasi partiya, siyasi partiyaların bloku üçün 5 min manatdan çox, namizəd, qeydə alınmış namizəd üçün isə 1 mn 250 manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır);
159.1.3. seçki fonduna 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;
159.1.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;
159.1.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.
159.2. Siyasi partiyanın, siyasi partiyalar blokunun vahid seçki fondu haqqında aşağıdakı məlumatlar bu Məcəllənin 77.2-ci maddəsində göstərilən media subyektlərində hökmən dərc edilməlidir:
159.2.1. seçki fondu vəsaitinin məbləği 10 min manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;
159.2.2. seçki fonduna 5 min manatdan çox m Maddə 159. … ondu vəsaitinin məbləği 10 min manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;
159.2.2. seçki fonduna 5 min manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır);
159.2.3. seçki fonduna 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;
159.2.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;
159.2.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.