176.1. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci və 5-ci bəndləri ilə müəyyənləşdirilmiş əsaslar olduqda, bu Məcəllənin 175.3-cü maddəsi ilə müəyyənləşdirilmiş qaydada birmandatlı seçki dairəsi üzrə seçilmiş deputatın deputat mandatından məhrum edilməsi barədə Mərkəzi Seçki Komissiyasının qərarı müvafiq müraciət (rəsmi məlumat) daxil olduqdan sonra 2 gündən gec olmayaraq qəbul edilir.
176.2. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 4-cü bəndində göstərilən hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına ərizə (rəsmi məlumat) daxil olduqda, Mərkəzi Seçki Komissiyası ərizədə (rəsmi məlumatda) göstərilən faktları 2 aydan gec olmayan müddətdə araşdırır, qərar qəbul edir və bununla əlaqədar mütəxəssislərdən ibarət qrup yarada bilər. 176.2-1. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 6-cı və 7-ci bəndlərində göstərilən hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına Milli Məclisin rəsmi məlumatı daxil olduqdan sonra 15 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası həmin rəsmi məlumatı müzakirə edərək müvafiq qərar qəbul edir.
176.3. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 2-ci, 4-cü, 5-ci, 6-cı və 7-ci bəndlərində göstərilən hallarda qərarın Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mand Maddə 176. … dlərində göstərilən hallarda qərarın Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilməsi günündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır; həmin maddənin I hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən hallarda müvafiq məhkəmənin qərarı (hökmü) olduqda müvafiq qərarın (hökmün) qanuni qüvvəyə minməsi günündən deputat mandatından məhrum edilmiş sayılır.
176.4. Deputat mandatının boş qalmasından sonra bir ay müddətində (deputatın mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə şikayət verdiyi hallar istisna olmaqla) bu Məcəllənin 145-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilir. Deputatın mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə şikayət verdiyi hallarda müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər məhkəmədə işə baxılmasının nəticələrindən asılı olaraq təyin edilir.
176.5. Boş qalmış deputat mandatı ilə əlaqədar əlavə seçkilər keçirildikdə deputat namizəd kimi çıxış edə bilməz.
176.6. Əlavə seçkilər keçirilərkən birmandatlı seçki dairəsi üzrə namizədlərin irəli sürülməsi, onların qeydə alınması, digər seçki hərəkətləri bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada həyata keçirilir. VI bölmə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SEÇKİLƏRI İyirmi doqquzuncu fəsil AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SEÇKİLƏRİNƏ AİD ÜMUMİ MÜDDƏALAR Maddə 176. … ÇKİLƏRI İyirmi doqquzuncu fəsil AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SEÇKİLƏRİNƏ AİD ÜMUMİ MÜDDƏALAR