QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 189

Maddə 189. Prezident seçkiləri zamanı mediada seçkiqabağı təşviqatın aparılması üçün xüsusi tələblər

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

189.1. Qeydə alınmış prezidentliyə namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir.

189.2. Televiziya və radio yayımçılarının ayırdıqları pulsuz efir vaxtı qeydə alınmış prezidentliyə namizədlərə müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulur. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.

189.3. Bu Məcəllənin 77.2-ci maddəsində göstərilən televiziya və radio yayımçılarının kanallarında birgə təşviqat tədbirlərinin keçirilməsi üçün efir vaxtı qeydə alınmış prezidentliyə namizədlər üçün ayrılır, ayrı-ayrılıqda hesablanır və həyata keçirilir. Bu cür pulsuz efir vaxtından qeydə alınmış prezidentliyə namizədlər bərabər əsaslarla istifadə etməlidirlər. Bu halda hər bir prezidentliyə namizəd tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.

189.4. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən televiziya və radio yayımçılarının efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin prezidentliyə namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

189.5. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən dövri nəşr səhifələrində ödənişli əsaslarla ayrılan yerin həcmi namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyən edilir. Sonu Maddə 189. … addəsində göstərilən dövri nəşr səhifələrində ödənişli əsaslarla ayrılan yerin həcmi namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyən edilir. Sonuncular həmin yerdən müvafiq ödəniş müqabilində istifadə edə bilərlər.

189.6. Qeydə alınmış prezidentliyə namizədlərin bu Məcəllənin 189.2-ci maddəsində göstərilən tədbirlərdə iştirakdan imtina etməsi bu Məcəllənin 80.6-cı maddəsinə uyğun olaraq pulsuz verilən efir vaxtı həcminin artırılmasına səbəb olmur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver