QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 192

Maddə 192. Prezident seçkiləri zamanı seçki fondlarının vəsaitlərinin istifadəsində aşkarlıq

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

192.1. Aşağıdakı məlumatlar bu Məcəllənin 77.2-ci maddəsində göstərilən media subyektlərində hökmən dərc edilməlidir:

192.1.1. seçki fondu vəsaitinin məbləği qeydə alınmış prezidentliyə namizəd üçün 10 min manatdan çox, prezidentliyə namizəd üçün isə 2500 manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

192.1.2. seçki fonduna qeydə alınmış prezidentliyə namizəd üçün 5 min manatdan çox, prezidentliyə namizəd üçün isə 1250 manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsi mümkünlüyü nəzərə alınmalıdır);

192.1.3. seçki fonduna 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;

192.1.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

192.1.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver