203.1. Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə Prezident seçkilərinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir.
203.2. Mərkəzi Seçki Komissiyasının protokoluna dairə seçki komissiyalarının məlumatlarını əks etdirən ümumi cədvəl əlavə edilir.
203.3. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarından daxil olmuş səsvermənin nəticələri haqqında protokollar əsasında bu Məcəllənin 108-ci maddəsində göstərilənlərə əlavə olaraq, səsvermənin keçirilməsi zamanı və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntularının seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyi seçki dairələrinin sayını, səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayını, hər bir prezidentliyə namizədin lehinə verilmiş səslərin sayını müəyyən edir.
203.4. Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.
203.5. Prezident seçkilərinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir. Maddə 204. Prezident seçkilərinin nəticələrinin etibarsız sayılması
204.1. Mərkəzi Seçki Komissiyası aşağıd Maddə 203. … dan sonra 24 saat müddətində dərc edilir. Maddə 204. Prezident seçkilərinin nəticələrinin etibarsız sayılması
204.1. Mərkəzi Seçki Komissiyası aşağıdakı hallarda Prezident seçkilərinin nəticələrini etibarsız sayır:
204.1.1. seçki məntəqələrinin 2/5 hissəsindən çoxunda səsvermənin nəticələri etibarsız sayıldıqda və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin;
204.1.2. məhkəmənin qərarı əsasında.