QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 205

Maddə 205. Prezident seçkiləri zamanı təkrar səsvermə

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

205.1. Seçki bülleteninə prezidentliyə namizəd kimi ikidən çox şəxs daxil edilibsə və onlardan heç biri seçilməyibsə, Mərkəzi Seçki Komissiyası seçkilərdə daha çox səs toplamış iki namizəd üzrə təkrar səsvermə təyin edir.

205.2. Konstitusiyanın 101-ci maddəsinin III hissəsinə uyğun olaraq təkrar səsvermə ümumi seçkilərdə səsvermə günündən sonra ikinci bazar günü keçirilir.

205.3. Təkrar səsvermə keçirilməsi haqqında məlumat Mərkəzi Seçki Komissiyası müvafiq qərar qəbul etdikdən sonra ən geci 2 gün müddətində mediada dərc olunur.

205.4. Konstitusiyanın 101-ci maddəsinin IV hissəsinə uyğun olaraq təkrar səsvermədə seçkilərdə iştirak edən seçicilərin çoxunun səsini toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver