215.1. Müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş:
215.1.1. əhalisi 99.999-dan çox olan ərazidə — 150;
215.1.2. əhalisi 49.999-dan çox olan ərazidə — 100;
215.1.3. əhalisi 19.999-dan çox olan ərazidə — 75;
215.1.4. əhalisi 9.999-dan çox olan ərazidə — 50;
215.1.5. əhalisi 4.999-dan çox olan ərazidə — 30;
215.1.6. əhalisi 4.999-dan az olan ərazidə — 15 seçici imzası toplamalıdır.
215.2. Seçicilərin bələdiyyə üzvlüyünə bir neçə namizədin müdafiəsi üçün imza etmək hüququ vardır.
215.3. Seçicilərin imzaları bu Məcəllənin 56-cı və 57-ci maddələrində göstərilən qaydada toplanır. Otuz altıncı fəsil BƏLƏDİYYƏ ÜZVLÜYÜNƏ QEYDƏ ALINMIŞ NAMİZƏDLƏR