tələblər
224.1. Bələdiyyə üzvlüyünə namizədlərin seçkiqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir.
224.2. Televiziya və radio yayımçılarının ayırdıqları pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi müvafiq olaraq bələdiyyələrin 1/3-dən çoxunda və ya yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla, müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılır. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.
224.3. Bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrində göstərilən televiziya və radio yayımçılarının kanallarında birgə təşviqat tədbirlərinin keçirilməsi üçün efir vaxtı göstərilən siyasi partiyalar, siyasi partiyaların blokları üçün ayrılır, hesablanır və ayrı-ayrılıqda həyata keçirilir. Bu cür pulsuz efir vaxtından siyasi partiyalar, siyasi partiyaların blokları bərabər əsasla istifadə etməlidirlər. Bu halda hər bir siyasi partiya, siyasi partiyaların bloku tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.
224.4. Bu Məcəllənin 71.1-ci maddəsində göstərilən televiziya və radio yayımçılarının efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin bu Məcəll Maddə 224. … ənin 71.1-ci maddəsində göstərilən televiziya və radio yayımçılarının efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin bu Məcəllənin 77.4-cü maddəsində göstərilən bələdiyyə üzvlüyünə namizədlərin ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.
224.5. Bu Məcəllənin 71.1-ci maddəsində göstərilən dövri nəşr səhifələrində ayrılan, bu Məcəllənin 77.4-cü maddəsinə uyğun olaraq bələdiyyə üzvlüyünə namizədlərin ümumi sayına bölünmə yolu ilə müəyyən edilən yerdən axırıncılar müvafiq ödəniş müqabilində istifadə edə bilərlər.
224.6. Qeydə alınmış namizədlərin, bələdiyyələrin 1/3-dən və ya yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının bu Məcəllənin 224.2-ci maddəsində göstərilən tədbirlərdə iştirakdan imtina etməsi bu Məcəllənin 80.6-cı maddəsinə uyğun olaraq pulsuz təqdim edilən efir vaxtı həcminin artırılmasına səbəb olmur.