QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 226

Maddə 226. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, bələdiyyə üzvlüyünə namizədlərin xüsusi hesabları

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

226.1. Bələdiyyə üzvlüyünə namizədlər imzaların yığılmasının başlanması haqqında dairə seçki komissiyasına bildiriş təqdim etdikdən sonra 5 gün müddətində öz maliyyə fondunu formalaşdırmaq üçün xüsusi hesab açmalıdırlar.

226.2. Namizədlər üçün vahid seçki fondu yaratmaq niyyətində olan siyasi partiyalar bələdiyyələrin 1/3-dən çoxunda irəli sürülən namizədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim etdikdən sonra 5 gün müddətində vahid seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açırlar.

226.3. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku namizədin irəli sürülməsi barədə dairə seçki komissiyasından bildirişin təsdiq edilmiş surəti əsasında, həm də bu Məcəllənin 53-cü və 54-cü maddələrində göstərilən sənədlər əlavə edilməklə xüsusi seçki hesabı açırlar. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku öz səlahiyyətli nümayəndəsinə xüsusi seçki hesabının açılmasını tapşıra bilər. Namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku dairə seçki komissiyasına (Mərkəzi Seçki Komissiyasına) yazılı məlumat verməklə, başqa şəxsə özünün seçki hesabında olan vəsaitdən istifadə etmək hüququ verə bilər.

226.4. Namizədin, qeydə alınmış namizədin irəli sürüldüyü bələdiyyə dəyişdikdə, o, xüsusi seçki hesabının qalıq vəsaitini könüllü ianə vermiş şəxslərə, hüquqi şəxslərə proporsional əsasda qaytarmalıdır. Bundan sonra namizəd, qeydə a Maddə 226. … xüsusi seçki hesabının qalıq vəsaitini könüllü ianə vermiş şəxslərə, hüquqi şəxslərə proporsional əsasda qaytarmalıdır. Bundan sonra namizəd, qeydə alınmış namizəd dairə seçki komissiyasına yekun maliyyə hesabatı verməlidir. Yeni xüsusi seçki hesabının açılması bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver