QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 233

Maddə 233. Siyasi partiyalar, siyasi partiyaların blokları, bələdiyyə üzvlüyünə namizədlər tərəfindən pul vəsaitinin öz vəsaitləri hesabına geri

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

qaytarılması

233.1. Seçki fondunda pul vəsaiti olmadıqda və yaxud çatışmadıqda bələdiyyə pul vəsaitinin qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən qaytarılması, habelə siyasi partiyalara və siyasi partiyaların bloklarına verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi onların öz vəsaiti hesabına həyata keçirilir.

233.2. Verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsinə ayrılan bələdiyyə vəsaitini qaytarmaq vəzifəsi siyasi partiyalar blokunun üzərinə düşdükdə, qaytarılmalı vəsait bu bloka səsvermə gününədək daxil olan siyasi partiyalar arasında bərabər paylarla bölüşdürülür, o şərtlə ki, siyasi partiyalar blokunun yaradılması haqqında Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş birgə qərarda ayrı qayda nəzərdə tutulmasın.

233.3. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan qeydə alınmış namizəd bu Məcəlləyə uyğun yekun maliyyə hesabatının verilməsi ilə yanaşı, müvafiq vəsaitin qaytarılmasını da öz üzərinə götürürsə, bələdiyyə büdcəsinin geri qaytarılası vəsaitini səsvermə günündən başlayaraq 6 ay müddətində bələdiyyənin hesabına qaytara bilər.

233.4. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan və bu Məcəllənin 230-cu maddəsinin tələblərini yekun maliyyə hesabatı verilənədək yerinə yetirməyən siyasi partiya, siya Maddə 233. … maddəsində nəzərdə tutulmayan və bu Məcəllənin 230-cu maddəsinin tələblərini yekun maliyyə hesabatı verilənədək yerinə yetirməyən siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllə ilə müəyyənləşdirilmiş müddətdə televiziya və radio yayımçıları və dövri nəşri redaksiyaları qarşısında müvafiq pul vəsaitinin ödənilməsi haqqında öhdəlik götürübsə, bələdiyyə büdcəsinin vəsaitlərini, habelə istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə pulsuz ayrılmış yerin dəyərini səsvermə günündən başlayaraq 6 ay müddətində ödəmək üçün onlara möhlət verilə bilər.

233.5. Bu Məcəllənin 233.3 və 233.4-cü maddələrində nəzərdə tutulan öhdəliklər icra edilmədikdə və vəsaitin qaytarılması haqqında öhdəlikdə göstərilən müddət başa çatdıqda vəsait məhkəmə qaydasında qaytarılır. Bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulmayan və bu Məcəllənin 233.3 və 233.4-cü maddələrində göstərilən tələbləri yerinə yetirməyən qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyalar bloku yekun maliyyə hesabatı verilənədək bu Məcəllənin 233.3-cü və 233.4-cü maddələrində göstərilən öhdəliyi götürmədikdə yekun maliyyə hesabatının verilməsi müddəti başa çatanadək pul vəsaiti məhkəmə qaydasında qaytarılır.

233.6. Namizəd, qeydə alınmış namizəd statusunu itirdikdə bu maddə ilə namizədlərin, qeydə alınmış namizədlərin üzərinə qoyulmuş öhdəliklər namizədin, qeydə alınmış namizəd sayılmış vətəndaşın üzərinə qoyulur. Namizəd, qeydə alınmış namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürü Maddə 233. … də alınmış namizəd sayılmış vətəndaşın üzərinə qoyulur. Namizəd, qeydə alınmış namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, siyasi partiyanın, siyasi partiyalar blokunun üzərinə bu maddə ilə qoyulmuş öhdəliklər seçkilər qurtardıqda seçkilərdə iştirak etmiş siyasi partiyanın, o cümlədən siyasi partiyalar blokunun tərkibində iştirak etmiş siyasi partiyaların üzərinə qoyulur.

233.7. Mərkəzi Seçki Komissiyası əsas seçkilərin, təkrar və ya əlavə seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərcindən sonra bu Məcəllənin 230-cu maddəsində nəzərdə tutulan və bələdiyyələr qarşısında borc öhdəliyi olan vətəndaşların siyahısını dairə seçki komissiyalarına onların yaradılması günündən başlayaraq 5 gün müddətində göndərir. Otuz səkkizinci fəsil BƏLƏDİYYƏ SEÇKİLƏRİNİN KEÇİRİLMƏSİ VƏ SEÇKİLƏRİN NƏTİCƏLƏRİNİN MÜƏYYƏN OLUNMASI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver