243.0. Aşağıdakı hallarda Mərkəzi Seçki Komissiyasının qərarı ilə təkrar seçkilər keçirilir:
243.0.1. Bu Məcəllənin 240-cı maddəsinə əsasən bələdiyyə seçkiləri baş tutmadıqda və ya etibarsız sayıldıqda;
243.0.2. “ Bələdiyyələrin əraziləri və torpaqları haqqında ” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda. Maddə 244. Əlavə seçkilər Bələdiyyə üzvləri tam tərkibdə seçilmədikdə yaxud onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə və bunun nəticəsində bələdiyyənin tərkibi 2/3 hissədən az olduqda Mərkəzi Seçki Komissiyasının qərarı ilə əlavə seçkilər keçirilir.