QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 29

Maddə 29. Seçki (referendum) dairələri

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

29.1. Seçkilərin (referendumun) keçirilməsi üçün müvafiq ərazi vahidlərində daimi yaşayan və qeydə alınmış seçicilərin sayı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bələdiyyə qurumları ilə birgə Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri məlumatlar əsasında həmin ərazi vahidlərində Mərkəzi Seçki Komissiyası hər 5 ildən bir 125 seçki (referendum) dairəsi (bundan sonra — seçki dairəsi) yaradır. Seçki dairələri, bir qayda olaraq, seçicilərin orta təmsilçilik norması əsasında yaradılır. Seçicilərin orta təmsilçilik norması qeydə alınmış seçicilərin ümumi sayının 125-ə bölünməsi yolu ilə müəyyənləşdirilir. Milli Məclis deputatlarının seçkiləri zamanı seçki dairələri — birmandatlı seçki dairələri, referendum, Prezident seçkiləri, bələdiyyə üzvlərinin seçkiləri zamanı isə — seçki əraziləri hesab edilirlər.

29.2. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan seçicilər seçki dairələri üzrə siyahıya alınırlar. Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində və ya konsul idarələrində qeydə alınmış seçicilərin sayı haqqında məlumatları Mərkəzi Seçki Komissiyasına müvafiq icra hakimiyyəti orqanı təqdim edir. Mərkəzi Seçki Komissiyası həmin məlumatlar əsasında referendum və Prezident seçkiləri zamanı göstərilən seçicilərin siyahıya alınması üçün müvafiq seçki dairələrinin siyahısını təsdiq edir. Azərbaycan R Maddə 29. … referendum və Prezident seçkiləri zamanı göstərilən seçicilərin siyahıya alınması üçün müvafiq seçki dairələrinin siyahısını təsdiq edir. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan seçicilərin siyahıya alındığı seçki dairələrinin seçicilərinin sayı seçicilərin orta təmsilçilik normasından az olmalıdır.

29.3. Seçki dairələri aşağıdakı tələblərə riayət edilməklə yaradılır:

29.3.1. Azərbaycan Respublikasının inzibati ərazi vahidinin hüdudları daxilində, bir qayda olaraq, orta təmsilçilik normasından 5 faizdən, yolu çətin və ucqar yerlərdə isə 10 faizdən çox (az) olmamaq şərti ilə onların ərazisində qeydə alınmış seçicilərin sayı seçki dairələrində təqribən bərabər olmalıdır;

29.3.2. aralarında sərhəd olmayan inzibati ərazi vahidləri üzrə seçki dairəsinin yaradılmasına yol verilmir;

29.3.3. seçicilərin bu və ya digər qrupunun çoxluq təşkil etməsi naminə məqsədli şəkildə seçki dairələrinin sərhədlərinin müəyyən edilməsinə (dəyişdirilməsinə) yol verilmir.

29.4. Bu Məcəllənin 29.2-ci və 29.3-cü maddələrində göstərilən seçki dairələrinin yaradılması barədə tələblər yerinə yetirilərkən bələdiyyə qurumlarının sərhədlərinin kəsişməməsi zərurəti nəzərə alınmalıdır. Bələdiyyə seçkiləri zamanı bələdiyyə ərazisində yaşayan seçicilərin sayı ilə əlaqədar bu məcəllənin 29.1-ci maddəsinə riayət etmək mümkün olmadıqda, Mərkəzi Seçki Komissiyası başqa seçki dairələrinin sərhədlərini dəqiqləşdirmək yolu ilə bu halı aradan qaldırmalıdır. Müvafiq bələdiyyənin ərazisində birdən çox seçk Maddə 29. … omissiyası başqa seçki dairələrinin sərhədlərini dəqiqləşdirmək yolu ilə bu halı aradan qaldırmalıdır. Müvafiq bələdiyyənin ərazisində birdən çox seçki dairəsinin yaradılması və ya müvafiq seçki dairəsinin tərkibinə birdən çox bələdiyyənin daxil edilməsi nəticəsində bələdiyyənin (bələdiyyələrin) ərazisində yaşayan seçicilərin sayının orta təmsilçilik normasına bölünməsi ilə alınan qalıq bu məcəllənin 29.3.1-ci maddəsində göstərilən faizlərdən çox olduqda, Mərkəzi Seçki Komissiyası seçki dairəsini yaradarkən, bu məcəllənin 29.1-ci maddəsinə riayət etməyə bilər. Bu halda Mərkəzi Seçki Komissiyası seçki dairəsinin yaradılması haqqında qərarda bu məcəllənin 29.1-ci maddəsinə riayət etməyin mümkün olmadığının səbəblərini göstərməklə, öz qərarını əsaslandırmalıdır.

29.5. Mərkəzi Seçki Komissiyası, seçicilər barəsində məlumatlar əsasında, hər beş ildən bir, vahid seçicilər siyahısı tərtib edildikdən sonra 30 gün müddətində seçki dairələrinin yaradılması sxemini və onun qrafik təsvirini təsdiq etməlidir. Həmin dövr ərzində bu Məcəllənin 29.3-cü və 46-cı maddələrinin tələbləri nəzərə alınmaqla seçki dairələrinin sxemi və onun qrafik təsviri yenidən təsdiq edilə bilər.

29.6. Seçki dairələrinin yaradılması sxemini və onun qrafik təsvirini, seçki dairələrinin hüdudlarına dair təklifləri Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya hazırlayır. Həmin komissiyanın işinə Mərkəzi Seçki Komi Maddə 29. … mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya hazırlayır. Həmin komissiyanın işinə Mərkəzi Seçki Komissiyasının sədr müavini rəhbərlik edir və o, vəzifəsinə görə komissiyanın sədri hesab olunur. Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın iclasları hər il vahid seçici siyahısı dəqiqləşdirildikdən sonra iki aydan gec olmayaraq keçirilir. Göstərilən komissiyanın əsas məqsədi seçki dairələrinin bu Məcəllənin 29.3-cü və 29.7-ci maddələrinə cavab verməsinin təmin edilməsidir. Həmin komissiya üzvlərinin yalnız 1/3 hissəsi dövlət qulluğunda ola bilər. Seçki dairələri seçkilərin (referendumun) keçirilməsindən bilavasitə əvvəl yaradılırsa, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsviri seçkilər (referendum) gününə ən azı 55 gün qalmış təsdiq edilməli və seçki (referendum) gününə azı 50 gün qalmış dərc edilməlidir.

29.7. Seçki dairələrinin yaradılması sxemində aşağıdakılar göstərilməlidir:

29.7.1. hər seçki dairəsinin adı və nömrəsi;

29.7.2. hər seçki dairəsinə daxil olan inzibati ərazi vahidlərinin yaxud şəhər, rayon, şəhərdə rayon üzrə bələdiyyə qurumlarının siyahısı (seçki dairəsinin tərkibinə inzibati ərazi vahidinin, bələdiyyə qurumunun, yaşayış məntəqəsi ərazisinin bir hissəsi daxildirsə, göstərilən sxemdə bu inzibati ərazi vahidinin, bələdiyyə qurumunun və yaşayış məntəqəsinin həmin hissəsinin sərhədləri qeyd edilməlidir. Bir inzibati ərazi vahidində bir seçki dairəsi yaradıldıqda, həmin s Maddə 29. … ə qurumunun və yaşayış məntəqəsinin həmin hissəsinin sərhədləri qeyd edilməlidir. Bir inzibati ərazi vahidində bir seçki dairəsi yaradıldıqda, həmin seçki dairəsinə daxil olan bələdiyyə qurumlarının siyahısı seçki dairəsinin yaradılması sxeminə daxil edilmir);

29.7.3. hər seçki dairəsinin mərkəzi;

29.7.4. hər seçki dairəsində qeydə alınmış seçicilərin sayı, inzibati ərazi vahidində birdən çox seçki dairəsi yaradıldıqda, seçki dairəsinin tərkibinə daxil olan hər bir bələdiyyə qurumunda qeydə alınmış seçicilərin sayı;

29.7.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan seçicilərin yaşadığı xarici dövlətlər göstərilməklə, bu Məcəllənin 29.2-ci maddəsinə uyğun olaraq müvafiq seçki dairəsində siyahıya alınmış həmin seçicilərin sayı.

29.8. Seçki dairələri yaradılarkən və onların yaradılma sxemi müəyyənləşdirilərkən dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə edilə bilər.

29.9. Azərbaycan Respublikası Prezidentinin seçilməsi və referendum keçirilməsi nəzərdə tutulan vahid seçki dairəsi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.

29.10. Bu Məcəllənin 46-cı maddəsinə uyğun olaraq seçki dairəsi üzrə siyahıya alınmış seçicilər həm də vahid seçki dairəsində siyahıya alınmış sayılırlar.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver