QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 34

Maddə 34. Dairə seçki komissiyasının işinin təşkili

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

34.1. Dairə seçki komissiyası öz işini Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş dairə seçki komissiyasının reqlamenti əsasında qurur.

34.2. Dairə seçki komissiyasının katibliyi öz işini Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş Əsasnamə əsasında qurur.

34.3. Dairə seçki komissiyasının qərarları komissiyanın iclasında 9 üzv iştirak etdikdə – azı 6 üzvün, 8 və ya 7 üzv iştirak etdikdə — azı 5 üzvün, 6 üzv iştirak etdikdə — azı 4 üzvün lehinə səs verməsi nəticəsində qəbul edilir.

34.4. Dairə seçki komissiyasının qərarı 24 saat ərzində dərc edilməlidir və dərc olunduğu gündən qüvvəyə minir.

34.5. Dairə seçki komissiyasının katibliyinin daimi fəaliyyət göstərən işçilərinin sayı, onların vəzifələrinin adları və əmək haqları Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Altıncı fəsil SEÇKİ (REFERENDUM) MƏNTƏQƏLƏRİ VƏ MƏNTƏQƏ SEÇKİ KOMİSSİYALARI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver