QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 45

Maddə 45. Vahid seçicilər (referendumda iştirak etmək hüququ olan vətəndaşların) siyahısı

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

45.1. Vahid seçicilər (referendumda iştirak etmək hüququ olan vətəndaşların (bundan sonra — seçici siyahısı) siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən aparılır.

45.2. Hər il seçicilər siyahısının dəqiqləşdirilməsi ilə bağlı məlumatları bu Məcəllənin 46.12-ci maddəsinə uyğun olaraq məntəqə seçki komissiyaları dairə seçki komissiyaları vasitəsi ilə Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.

45.3. Vahid seçicilər siyahısı seçki məntəqələri, seçki dairələri və bütövlükdə Azərbaycan Respublikası üzrə aparılır və həmin siyahıya bu Məcəllənin 46.10-cu maddəsində göstərilən məlumatlar daxil edilir.

45.4. Vahid seçicilər siyahısına bu Məcəllənin 35.8-ci maddəsində göstərilən qaydada yaradılan məntəqə seçki komissiyalarının təsdiq etdikləri seçici siyahılarının məlumatları daxil edilmir. Həmin məlumatlar Mərkəzi Seçki Komissiyası tərəfindən onun müəyyən etdiyi qaydada təqdim edilir və seçicilərin müvəqqəti siyahısında cəmləşdirilir. Müvəqqəti seçici siyahıları vahid seçicilər siyahısına əlavə edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver