48.1. Məntəqə seçki komissiyası seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını seçicilərə bu barədə məlumat verməklə səsvermə gününə azı 35 gün qalmış təqdim edir və bunun üçün müvafiq şərait yaradır. Seçici siyahıları səsvermə otağından kənarda, seçicilərin yaxşı görə biləcəyi və gediş-gəliş üçün asan olan yerlərdə məlumat lövhələrində yerləşdirilməlidir.
48.2. Azərbaycan Respublikasının seçki hüququ olan vətəndaşı seçici siyahısına daxil edilməməsi, seçici siyahısında onun barəsində və ya digərlərinin barəsində göstərilməli olan məlumatlarda aşkar etdiyi səhvlər və ya yanlışlıqlar barəsində məlumat verə bilər. Seçicinin müraciəti ilə əlaqədar məntəqə seçki komissiyası müraciətetmə günündən başlayaraq bir gün müddətində, səsvermə günü isə dərhal, lakin səsvermə qurtarmamış ərizəni və təqdim edilmiş sənədləri yoxlamalı, səhvin və ya yanlışlığın səbəblərini araşdırmalı, səhvi və ya yanlışlığı aradan qaldırmalı yaxud müraciət etmiş seçiciyə ərizəsinin nəzərə alınmaması səbəbini göstərməklə yazılı cavab verməlidir. Doqquzuncu fəsil SİYASİ PARTİYALARIN VƏ SİYASİ PARTİYALAR BLOKLARININ SEÇKİLƏRDƏ (REFERENDUMDA) İŞTİRAKININ ƏSASLARI