52.1. Səlahiyyətli nümayəndələr, habelə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr müvafiq olaraq siyasi partiyanın, bloka daxil olan siyasi partiyaların və ya siyasi partiyaların nümayəndələrinin birgə iclasının qərarı yaxud onların qurultayı, konfransı və ya rəhbər orqanın iclasının qərarı ilə təyin edilirlər.
52.2. Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi öz funksiyalarını onun səlahiyyətini, soyadını, adını, atasının adını, doğum tarixini, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini və verilmə tarixini və ya etibarlılıq müddətini, yaşayış yerinin ünvanını, iş yerini, vəzifəsini və ya xidməti vəzifəsini (bunlar olmadıqda — fəaliyyət növünü) əks etdirən, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə isə maliyyə sənədlərinin və həmin sənədlər üçün möhürlərin nümunələrini əks etdirən, bu Məcəllənin 52.1-ci maddəsində nəzərdə tutulan qərar əsasında həyata keçirir.
52.3. Siyasi partiyaların, siyasi partiyalar bloklarının təyin etdikləri səlahiyyətli nümayəndələrin siyahıları Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Siyasi partiyaların, siyasi partiyalar bloklarının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri istisna olmaqla, digər səlahiyyətli nümayəndələrin siyahısı dairə seçki komissiyalarına da təqdim edilir.
52.4. Siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin siyahısında səlahiy Maddə 52. … irə seçki komissiyalarına da təqdim edilir.
52.4. Siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin siyahısında səlahiyyətli nümayəndələrin hər birinin soyadı, adı, atasının adı, doğum tarixi, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti, yaşayış yerinin ünvanı, əsas iş yeri və vəzifəsi (bu olmadıqda — fəaliyyət növü), telefon nömrəsi göstərilməlidir. Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş müvafiq siyahıya hər bir şəxsin səlahiyyətli nümayəndə olmağa razılığı barədə yazılı məktubu əlavə edilməlidir.
52.5. Siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli orqanının qərarı ilə yazılı formada xəbərdar etməklə nümayəndənin səlahiyyətlərinə xitam verilə bilər; bu barədə qəbul edilmiş qərarın surəti Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına göndərilməlidir.
52.6. Siyasi partiyaların, siyasi partiyalar bloklarının dövlət və ya bələdiyyə vəzifələrində çalışan səlahiyyətli nümayəndələri özlərinin vəzifə və ya xidməti mövqelərindən seçkilərin gedişi zamanı istifadə edə bilməzlər.
52.7. Siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin səlahiyyət müddəti onların təyin edildiyi vaxtdan başlanır və seçkilərin ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən gec olmayaraq bütün namizədlərin, habelə siyasi partiyaların, siyasi partiyalar bloklarının irəli sürdükləri siyahı üzrə namizədlərin namizədlik statusunun itirilməsi vax Maddə 52. … namizədlərin, habelə siyasi partiyaların, siyasi partiyalar bloklarının irəli sürdükləri siyahı üzrə namizədlərin namizədlik statusunun itirilməsi vaxtı başa çatır. Onuncu fəsil SEÇKİLƏR ZAMANI NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSI VƏ QEYDİYYATI