55.1. Bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar.
55.2. Bu Məcəllədə aşağıdakılar vəzifə mövqeyindən və ya xidməti mövqedən üstünlük əldə etmək üçün sui-istifadə olunması kimi başa düşülür:
55.2.1. tabelikdə və ya digər xidməti asılılıqda olan dövlət və bələdiyyə qulluqçuları sayılan şəxsləri iş vaxtı namizəd irəli sürülməsinə və ya seçilməyə kömək göstərən fəaliyyətə cəlb etmək;
55.2.2. bütün namizədlər və ya qeydə alınmış namizədlər dövlət orqanlarının, yaxud bələdiyyə orqanlarının yerləşdiyi binalardan eyni şərtlərlə istifadə edə bilmədikləri halda, bu binalardan namizəd irəli sürməyə və ya seçilməyə kömək göstərən fəaliyyətlə məşğul olmaq üçün istifadə etmək;
55.2.3. dövlət orqanlarının, təşkilatlarının, bələdiyyə qurumlarının fəaliyyətini təmin edən rabitə, informasiya, telefon vasitələrindən imzaların toplanması və seçkiqabağı təşviqat üçün istifadə etmək;
55.2.4. namizəd irəli sürülməyə və ya seçilməyə kömək üçün dövlət və ya bələdiyyə mülkiyyətində olan nəqliyyat vasitələrindən pulsuz və ya güzəştli şərtlərlə istifadə etmək (yuxarıda göstərilən hallar dövlət mühafizəsi barədə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq nəqliyyat vasitələrindən istifadə edən şəxslərə aid edilmir);
55.2.5. dövlət və ya bələdiyyə qulluqçularını xidməti ezamiyyət zamanı imza yığılmasına və ya seçkiqabağı təşviqata cəlb etmək;
55.2.6. bu Məcəllənin 77.1-ci ma Maddə 55. … vlət və ya bələdiyyə qulluqçularını xidməti ezamiyyət zamanı imza yığılmasına və ya seçkiqabağı təşviqata cəlb etmək;
55.2.6. bu Məcəllənin 77.1-ci maddəsində göstərilən media subyektlərindən güzəştli şərtlərlə imza toplanması və ya seçkiqabağı təşviqat məqsədi ilə istifadə etmək.
55.3. Namizədlər, namizədi irəli sürmüş siyasi partiyalar, siyasi partiyaların blokları və onların səlahiyyətli nümayəndələri, habelə təsisçiləri, mülkiyyətçiləri, sahibləri göstərilən şəxslər və təşkilatlar olan hüquqi şəxslər və onların xahişi və ya tapşırığı ilə hərəkət edən digər fiziki və hüquqi şəxslər seçki kampaniyasının gedişində xeyriyyə fəaliyyəti ilə məşğul ola bilməzlər. Göstərilən şəxslərin və təşkilatların digər fiziki və hüquqi şəxslərə maddi və maliyyə yardımı etmək, seçicilərə və ya təşkilatlara maliyyə yardımı, maddi yardım və ya xidmət göstərmək təklifi ilə müraciət etməsi qadağandır. Fiziki və hüquqi şəxslərin siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və ya namizədlər adından yaxud onların müdafiəsi məqsədi ilə xeyriyyə fəaliyyəti ilə məşğul olması qadağandır.