7.1. Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə və bələdiyyələrə Azərbaycan Respublikası Konstitusiyasında və bu Məcəllədə göstərilən müddətdə seçkilərin keçirilməsi məcburidir.
7.2. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II hissəsində və 152-ci maddəsində göstərilən məsələlərə dair referendumların keçirilməsi məcburidir. Madd ə 7-1. Seçkilərin və referendumun keçirilməsini istisna edən hallar Azərbaycan Respublikasının ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, hərbi və ya fövqəladə vəziyyət zamanı, həmçinin hərbi və ya fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində seçkilər və ya referendum keçirilə bilməz.