QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 72

Maddə 72. Vəkil edilmiş şəxslər

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

72.1. Qeydə alınmış namizədin, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun vəkil edilmiş şəxs təyin etmək hüququ vardır. Göstərilən şəxslər namizədi, referendum üzrə təşviqat qrupunu qeydə almış müvafiq seçki komissiyası tərəfindən qeydə alınır. Vəkil edilmiş şəxslərinin təyin edilməsi barədə namizədin yazılı ərizəsinin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun təqdimatının, habelə vətəndaşın vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən başlayaraq 3 gün müddətində vəkil edilmiş şəxslər qeydə alınırlar. Ərizədə və ya təqdimatda vəkil edilmiş hər bir şəxsin soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri, tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü), yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası, nömrəsi və verilmə tarixi və ya etibarlılıq müddəti göstərilməlidir. Siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının müvafiq təqdimatlarına bu Məcəllənin 52-ci və 64-cü maddələrində müəyyən edilən qaydalar şamil edilir.

72.2. Vəkil edilmiş şəxslər müvafiq seçki komissiyasından lövhəcik alırlar.

72.3. Vəkil edilmiş şəxs qeydə alınmış namizədin seçilməsi ilə və ya referendumla bağlı təşviqat aparır və digər bu cür fəaliyyətlə məşğul olur. Vəkil edilmiş şəxs müşahidəçi hüququna malikdir.

72.4. Qeydə alınmış namizəd, siyas Maddə 72. … mla bağlı təşviqat aparır və digər bu cür fəaliyyətlə məşğul olur. Vəkil edilmiş şəxs müşahidəçi hüququna malikdir.

72.4. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu müvafiq seçki komissiyasını xəbərdar etməklə, vəkil etdikləri şəxsi istənilən vaxt geri çağıra bilər və onların əvəzinə başqalarını təyin edə bilərlər. Belə xəbərdarlıq olduqda seçki komissiyası geri çağırılan vəkil edilmiş şəxsin vəsiqəsini ləğv edir. Vəkil edilmiş şəxs qeydə alınmış namizədi, habelə siyasi partiyanı, siyasi partiyaların blokunu, referendum üzrə təşviqat qrupunu xəbərdar etməklə, ona verilmiş vəsiqəni istənilən vaxt öz təşəbbüsü ilə müvafiq seçki komissiyasına qaytararaq öz səlahiyyətlərindən imtina edə bilər.

72.5. Vəkil edilmiş şəxslərin səlahiyyətləri müvafiq seçki komissiyasının onları qeydə aldığı gündən başlanır və seçkilərin (referendumun) ümumi nəticələrinin rəsmi dərc edilməsi günündən gec olmayaraq, habelə bu Məcəllənin pozulması barədə şikayət üzrə məhkəmə araşdırması gedirsə, məhkəmənin yekun qərarının qəbul edilməsi günündən gec olmayaraq, bu Məcəllənin 72.4-cü maddəsində göstərilən hallar istisna edilməklə, təmsil etdikləri namizədlərin, referendum üzrə təşviqat qruplarının statusunun itirilməsi ilə başa çatır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver