74.1. Seçkiqabağı təşviqat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun aparılır. Seçkiqabağı və referendumqabağı təşviqat (bundan sonra — seçkiqabağı təşviqatın) aparmaq hüququna aşağıdakılar malikdirlər:
74.1.1. referendum üzrə təşviqat qrupları;
74.1.2. Milli Məclisə deputat seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər;
74.1.3. Prezident seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər;
74.1.4. Milli Məclisə deputat seçkilərində iştirak etmək üçün namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları;
74.1.5. bələdiyyə seçkilərində iştirak etmək üçün qeydə alınmış namizədlər;
74.1.6. Prezident seçkilərində iştirak etmәk üçün namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları;
74.1.7. bələdiyyə seçkilərində iştirak etmək üçün namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyalar blokları;
74.2. Seçkiqabağı təşviqat aşağıdakı üsullarla aparıla bilər:
74.2.1. media vasitəsi ilə;
74.2.2. kütləvi tədbirlərin (yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s.) keçirilməsi yolu ilə;
74.2.3. çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu ilə;
74.2.4. qanunla qadağan edilməyən digər üsullarla.
74.3. Media vasitəsi ilə seçkiqabağı təşviqat açıq müzakirələr, dəyirmi masalar, mətbuat konfransları, müsahibələr, çıxışlar, siyasi reklamlar, televiziya və radio proqraml Maddə 74. … lə seçkiqabağı təşviqat açıq müzakirələr, dəyirmi masalar, mətbuat konfransları, müsahibələr, çıxışlar, siyasi reklamlar, televiziya və radio proqramları, videofilmlər formasında və qanunla qadağan edilməyən digər formalarda həyata keçirilir. Qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu seçkiqabağı təşviqatın forma və üsullarını müstəqil müəyyənləşdirir.
74.4. Seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması aşağıdakılara qadağan edilir:
74.4.1. bu Məcəllənin 90.2-ci maddəsində göstərilən subyektlərə (bu Məcəllənin 12.2-ci və 12.3-cü maddələri nəzərə alınmaqla);
74.4.2. öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara;
74.4.3. seçki komissiyalarına, seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə.
74.5. Bu Məcəllə ilə seçkiqabağı təşviqat üçün müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış və əsasən jurnalistlərdən ibarət olan mətbuat qrupu həyata keçirir.