QanunvericilikAzərbaycan Respublikasının Seçki Məcəlləsi › Maddə 87

Maddə 87. Çap, audiovizual və digər seçkiqabağı təşviqat materiallarının buraxılışı və yayılması şərtləri

Azərbaycan Respublikasının Seçki Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

87.1. Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları qanunla müəyyənləşdirilmiş qaydada çap, audiovizual və digər seçkiqabağı təşviqat materiallarını buraxmaq hüququna malikdirlər.

87.2. Seçkilərin (referendumun) təyin edilməsi haqqında qərarın (sərəncamın) dərc edildiyi günədək təsisçiləri (həmtəsisçiləri) dövlət orqanları və ya bələdiyyə qurumları, təşkilatları və idarələri olan, reklam xidmətləri göstərən təşkilatlar dövlət hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının ayırdıqları vəsait hesabına müvafiq seçki dairələri üzrə qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün bərabər şərait yaratmalıdırlar.

87.3. Seçkiqabağı çap və audiovizual təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi barədə məlumat olmalıdır.

87.4. Çap olunan seçkiqabağı təşviqat materialları haqqında tam məlumatları və ya onların surətlərini qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu seçki komissiyasına təqdim etməlidir. Göstərilən materiallarla birlikdə müvafiq seçki komissiyasına bu materialları sifariş edən və hazırlayan təşkilatların ünvan Maddə 87. … iyasına təqdim etməlidir. Göstərilən materiallarla birlikdə müvafiq seçki komissiyasına bu materialları sifariş edən və hazırlayan təşkilatların ünvanları barədə məlumat da təqdim edilməlidir.

87.5. Seçkiqabağı təşviqat materiallarının bu Məcəllənin 87.3-87.4-cü maddələrinin tələblərini pozmaqla yayılması qadağandır.

87.6. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyə qurumları dairə seçki komissiyasının təklifi ilə səsvermə gününə azı 30 gün qalmış hər bir seçki məntəqəsinin ərazisində seçkiqabağı təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün yer müəyyənləşdirməlidir. Belə yerlər seçicilərin gəlməsi üçün əlverişli olmalı və elə müəyyənləşdirilməlidir ki, orada yerləşdirilən məlumatları oxumaq mümkün olsun. Qeydə alınmış namizədlər, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün ayrılmış yerlərin siyahısını dairə seçki komissiyasından ala bilərlər.

87.7. Seçkiqabağı təşviqat materiallarının otaqlardan başqa binalarda və digər obyektlərdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə zidd yerləşdirilməsi qadağandır.

87.8. Seçkiqabağı təşviqat materialları dövlətin müvafiq reyestrinə daxil edilmiş tarix və ya mədəniyyət abidələri sayılan binalarda, qurğularda və otaqlarda, habelə seçki komissiyalarının otaqlarında, o cümlədən bu Məcəllənin 98.3-cü maddəsində nəzərdə tutulmuş məlumat lövhələrində səsvermə üçün ayrılmış otaqlarda və ya Maddə 87. … komissiyalarının otaqlarında, o cümlədən bu Məcəllənin 98.3-cü maddəsində nəzərdə tutulmuş məlumat lövhələrində səsvermə üçün ayrılmış otaqlarda və ya onların girişlərində yerləşdirilə bilməz.

87.9. Saxta seçkiqabağı çap, audiovizual və digər təşviqat materiallarının və ya bu Məcəllənin 87.3-cü, 87.4-cü, 87.7-ci, 87.8-ci maddələrinin tələblərinin pozulması ilə seçkiqabağı təşviqat materiallarının yayılması barədə məlumat alan seçki komissiyası müvafiq tədbirlər görməli, hüquq mühafizə orqanlarına və digər orqanlara qanunazidd təşviqatın dayandırılması və qanunsuz yayılan seçkiqabağı təşviqat materiallarının götürülməsi barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və ya Cinayət Məcəlləsinə uyğun olaraq məhkəməyə müraciət etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver