9.1. Aktiv seçki hüququ bu Məcəllənin 35.4—35.6-cı maddələri nəzərə alınmaqla seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi gündən əvvəlki 12 ayın azı 6 ayı ərzində ərazisində vətəndaşların daimi yaşadıqları seçki məntəqəsində həyata keçirilir.
9.2. Müharibə, hərbi münaqişələr, iğtişaşlar və ya təbii fəlakət nəticəsində öz daimi yaşayış yerlərini tərk edən vətəndaşlar aktiv seçki hüquqlarını Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada həyata keçirirlər.