Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Fəhlə peşələri və qulluqçu vəzifələri üzrə Ümumrespublika təsnifatının və fəhlə peşələri və qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu kitabçalarının işlənib hazırlanması haqqında" 25 aprel 1995-ci il tarixli 93 saylı qərarına uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası
Abşeron Regional Səhmdar Su Cəmiyyətinin təqdim etdiyi "Şəhər, qəsəbə və əhali yaşayan ərazilərdə qaz, su təchizatı və tullantı sularının axıdılması və yaşıllaşdırma təsərrüfatlarına aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası"nın (hissə 69) "Su təchizatı və tullantı sularının axıdılması" bölməsi təsdiq edilsin.
SSRİ Dövlət əmək və sosial məsələlər Komitəsinin və ÜHİMŞ-nin 18/IX-84-ci il tarixli 272 77-70 nömrəli qərarı ilə təsdiq edilmiş fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçasının hissə 69 "Su təchizatı və tullantı sularının axıdılması" bölməsi Azərbaycan Respublikası ərazisində öz qüvvəsini itirmiş hesab edilsin.
Kollegiyanın sədri ______________ Ə.Nağıyev