Qanunvericilik › Şəhərdaxili sərnişin daşıma xidmətinin qiymətlərinə baxılması barədə (Tarif Şurasının qərarı, 03.02.2006) › Tam mətn

Şəhərdaxili sərnişin daşıma xidmətinin qiymətlərinə baxılması barədə (Tarif Şurasının qərarı, 03.02.2006)

Şəhərdaxili sərnişin daşıma xidmətinin qiymətlərinə baxılması barədə (Tarif Şurasının qərarı, 03.02.2006) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Tarif (qiymət) Şurası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» 2005-ci il 26 dekabr tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli, 247 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təşkil edilməsi Qaydaları»na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2006-cı il 03 fevral tarixli iclasının qərarına əsasən:

1. Bakı Şəhər İcra Hakimiyyəti və bəzi subyektlər tərəfindən təqdim olunmuş materialların şəhərdaxili sərnişin daşıma xidmətinin qiymətlərinə baxılması və qərar qəbul edilməsi üçün kifayət etmədiyini nəzərə alaraq, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi tərəfindən zəruri hallarda Bakı Şəhər İcra Hakimiyyətinin və subyektlərin nümayəndələrini cəlb etməklə 3 ay müddətində monitorinq keçirilsin. Monitorinqin nəticəsi olaraq iqtisadi cəhətdən əsaslandırılmış (real vəziyyəti özündə əks etdirməklə) hesabat hazırlanaraq Şuranın müzakirəsinə təqdim edilsin.

2. Monitorinqin nəticələri üzrə qərar qəbul edilənə qədər şəhərdaxili sərnişin daşıma xidmətinin qiymətlərinin artırılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin təklifləri məqsədəmüvafiq hesab edilməsin və şəhərdaxili sərnişin daşıma xidmətinin qiymətləri mövcud səviyyədə saxlanılsın.

3. Dövlətin iqtisadi təhlükəsizliyi, şəhər nəqliyyat parkının yeniləşməsinin zəruriliyi, xidmətin keyfiyyətinin artırılması, nəqliyyat tıxaclarının azaldılması, böyük ölçülü sərnişin daşıma üçün nəqliyyat vasitələrinin alınması və marşrutlara buraxılması ilə bağlı məsələlərin kompleks həllinə dair tədbirlər planının qəbul olunması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunsun.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

Bakı şəhəri, 3 fevral 2006-cı il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver