2.1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Məcəllədən və digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Ələt azad iqtisadi zonasında şəhərsalma və tikinti fəaliyyəti sahəsində yaranan münasibətlər “ Ələt azad iqtisadi zonası haqqında ” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.