20.1. Ərazi planlaşdırılması sənədləri aşağıdakılardır:
20.1.1. Azərbaycan Respublikası ərazisinin və ya ərazi hissələrinin (regionların, rayon ərazi vahidlərinin) ümumi ərazi planlaşdırılması çərçivəsində hazırlanan ümumi planları (bundan sonra - ümumi planlar);
20.1.2. şəhərlərin və digər yaşayış məntəqələrinin ərazidən istifadənin planlaşdırılması çərçivəsində hazırlanan Baş planları;
20.1.3. yaşayış məntəqələrinin ərazilərinin və ya ərazi hissələrinin müfəssəl ərazi planlaşdırılması çərçivəsində hazırlanan müfəssəl planları.
20.2. Baş planlar ümumi, müfəssəl planlar isə baş planlar əsasında hazırlanır. Qonşu inzibati ərazi vahidlərinin ərazi planlaşdırılması sənədləri bir-birilə razılaşdırılmaqla hazırlanmalıdır. Razılaşdırma qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
20.3. Ərazi planlaşdırılması sənədləri məcburi hüquqi qüvvəyə malikdir. Ərazi planlaşdırılması sənədlərinin strateji və ya dəqiq layihələndirilməsindən asılı olaraq “ Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında ” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həmin sənədlərə dair strateji ekoloji qiymətləndirilmə (SEQ) və ya ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanır və həmin sənədin dövlət ekoloji ekspertizası aparılır.
20.4. Ərazi planlaşdırılması sənədləri ictimaiyyət üçün açıqdır. Müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya bələdiyyə hüqu Maddə … sı sənədləri ictimaiyyət üçün açıqdır. Müvafiq icra hakimiyyəti orqanı, yaxud müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və ya bələdiyyə hüquqi və ya fiziki şəxslərə ərazi planlaşdırılması sənədləri ilə tanış olmaq imkanı yaratmağa və sorğu əsasında həmin sənədlərin surətini verməyə borcludur.