27.1. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması və ya dəyişdirilməsi barədə qərar, planlaşdırmanın məqsədləri və ehtimal olunan təsirləri, müəyyən ərazinin yenidən qurulması və ya inkişafı ilə əlaqədar müxtəlif həll yolları haqqında sifarişçi tərəfindən mümkün qədər əvvəlcədən ictimaiyyətə məlumat verilməlidir.
27.2. Aşağıdakı hallarda ərazi planlaşdırılması sənədlərinin hazırlanması və ya dəyişdirilməsi barədə ictimaiyyətə məlumat verilməyə bilər:
27.2.1. Baş plana dəyişiklik edildikdə və bu zaman ərazi zonalarının funksional təyinatına və ya sərhədlərinə toxunulmadıqda;
27.2.2. müfəssəl plan hazırlandıqda, ona dəyişiklik edildikdə, yaxud müfəssəl plan ləğv olunduqda və bu, planlaşdırılan əraziyə və qonşu ərazilərə təsir etmədikdə;
27.2.3. əvvəllər həyata keçirilmiş başqa bir planlaşdırma çərçivəsində məlumat və izahat verilmiş olduqda.
27.3. Ərazi planlaşdırılması barədə, həmçinin ərazi planlaşdırılması sənədlərinin layihələri ilə tanış olma qaydası və müddəti, ərazi planlaşdırılması ilə bağlı etirazların və təkliflərin verilməsi qaydası və müddəti, ərazi planlaşdırılması sənədlərinin layihələrinin ictimai müzakirəsinin yeri və vaxtı barədə məlumatlar ictimaiyyətə mediada və sifarişçinin internet səhifəsində dərc yolu ilə, həmçinin sifarişçinin inzibati binasında ictimaiyyət üçün açıq olan yerdə və ya planlaşdırılan ərazinin hüdudlarında quraşdırılan məlumat lövhəsində yerləşdirilməklə açıqlanır. Ərazi planlaş Maddə … ictimaiyyət üçün açıq olan yerdə və ya planlaşdırılan ərazinin hüdudlarında quraşdırılan məlumat lövhəsində yerləşdirilməklə açıqlanır. Ərazi planlaşdırılmasının maraqlarına bilavasitə toxunduğu şəxslər bu barədə əlavə olaraq sifarişli məktublar vasitəsilə məlumatlandırılır.