QanunvericilikAzərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi › Maddə 34

Maddə 34. Müfəssəl planların hazırlanması

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 20.08.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

34.1. Müfəssəl planlar ictimaiyyətin etiraz və təklifləri nəzərə alınmaqla, eləcə də aidiyyəti dövlət orqanları və digər qurumlarla razılaşdırılmaqla hazırlanmalıdır. Həmin orqanlar və aidiyyəti qurumlar müfəssəl planların layihəsinin onlara göndərildiyi gündən 30 gün müddətində həmin sənədlərə dair yazılı rəy bildirməlidirlər. Bu müddət ərzində onlar rəy bildirmədikdə, sifarişçi ərazi planlaşdırılmasının həmin orqan və qurumların maraqlarına toxunmaması mövqeyindən çıxış edir.

34.2. Müfəssəl planlarının layihələri tam hazır olduqdan sonra təsdiq olunmaq üçün 10 gün ərzində həmin layihələr bələdiyyənin qərarı əsasında hazırlandığı hallarda müvafiq bələdiyyəyə, digər hallarda isə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilir.

34.3. Müfəssəl planlarının hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları (bu Məcəllənin 35.1-ci maddəsində əsasən planlaşdırılacaq ərazinin hüdudlarında qadağaların tətbiq edilə bilən ərazi və yerlər müəyyənləşdirməklə), habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

34.4. Müfəssəl plan onun təsdiq olunduğu gündən 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən elan olunmalıdır. Müfəssəl plan elan olunduğu gündən qüvvəyə minir.

34.5. Müfəssəl planlara dəyişi Maddə … ra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən elan olunmalıdır. Müfəssəl plan elan olunduğu gündən qüvvəyə minir.

34.5. Müfəssəl planlara dəyişiklik edilməsi bu Məcəllənin 34.1-34.3-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver